ABŞ İranı hədələdi

 

ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Tehranın İsrailin zərbəsinə cavab tədbirləri görəcəyi təqdirdə İranı nəticələrlə hədələyib.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “Financial Times” Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

“İran cavab verərsə, Vaşinqton İsraili müdafiə edəcək və dəstəkləyəcək və bunun nəticələri olacaq”, - nəşr yazıb.

Qeyd edək ki, oktyabrın 26-na keçən gecə İsrail İranın hərbi obyektlərinə zərbələr endirib. İran isə beynəlxalq ictimaiyyəti Yaxın Şərqdə müharibənin başlamasının qarşısını almaq üçün İsrailə qarşı tədbir görməyə çağırıb.

0.17492604255676