Kazanda BRİKS sammiti çərçivəsində “BRİKS-in dostları” adlı plenar iclasda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan yan-yana əyləşib.
Demokratikmusavat.com xəbər verir ki, baş nazir Nikol Paşinyan Prezident İlham Əliyevlə yanaşı oturmasından istifadə edərək söhbət etməyə cəhd edir. Videodan da görünür ki, Paşinyan İlham Əliyevə doğru əyilərək nəsə deyir, ancaq Azərbaycan Prezidenti onun dediklərinə elə də ciddi reaksiya vermir, hətta onun bəzi ifadələrinə ironik şəkildə reaksiya verir. Azərbaycan Prezidentinin Paşinyana baxışı və reaksiyası erməni media seqmentində ciddi rezonansa səbəb olub.
Mürtəza
Demokratikmusavat.com