"Tədbir başlananda SOCAR neft və qaz sahəsində fəaliyyət göstərən şirkət kimi təqdim olunsa da biz artıq daha çox enerji şirkətinə çevrilirik".
Demokratikmusavat.com xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf Təhsilin İnkişafı Forumunda çıxış edərkən deyib. O bildirib ki, məqsəd dayanıqlı yollarla enerji təhlükəsizliyini və tərəfaşları müxtəlif yollarla enerji ilə təmin etməkdir:
"Bu baxımdan bizim ali təhsil ocaqları ilə məhz kadrlar, insan kapitalı sahəsində əməkdaşlığımız buna istiqamətlənir.
Digər tərəfdən universitetlər sənaye müəssisələrinin texnologiyaya olan ehtiyaclarının qarşılanması baxımından da ən öndə gedən ilk mənbələrdən biri kimi hesab olunmaldır.
Həmçinin Azərbaycanda inqilabi texnologiyaların yaranması və mənimsənilməsi istiqamətində əməkdaşlıq vacibdir. Çünki 5-10 il sonra sənayenin tətbiq elədiyi texnologiyalar tam fərqli olacaq".
Billurə Yunus