Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanana qədər eskalasiya təhlükəsi qalır.
Demokratikmusavat.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.
"Müqavilə müharibənin olmayacağına zəmanət verirmi?" sualına gəldikdə nazir müavini deyib ki, bu, Cənubi Qafqazda sabitlik imkanlarını daha da artıracaq.
Kostanyan əmin edib ki, bütün humanitar problemlər, o cümlədən məhbusların qaytarılması məsələsi onların diqqət mərkəzindədir və bu məsələni bütün görüşlərdə daim qaldırırlar.
Mürtəza
Demokratikmusavat.com