Yeni mövsümün əvvəli heyətini formalaşdırmaqda davam edən “Ordu” klubu daha bir basketbolçunun keçidini reallaşdırıb.
Demokratikmusavat.com "Report"-a istinadən xəbər verir ki, komanda ABŞ-li oyunçu Calan Tomasla anlaşıb.
203 sm boya malik basketbolçu son olaraq “Kameron University” kollektivində çıxış edib. Onunla 1 illik müqavilə bağlanıb.