İsveçrəli velosipedçi Muriel Furre gənclər arasında keçirilən dünya çempionatının qrup yarışında yıxılaraq ağır xəasarət alıb.
Demokratikmusavat.com xəbər verir ki, 18 yaşlı idmançı ağır kəllə-beyin travması alaraq helikopterlə xəstəxanaya aparılıb.
Qəzanın hansı formada baş verməsi ilə bağlı məlumat verilmir.
Qeyd edək ki, İsveçrənin Sürix şəhərində keçirilən mundiala sentyabrın 29-da yekun vurulacaq.