İspaniya polisi "Real"ın (Madrid) futbolçusu Vinisius Juniora qarşı irqçi ifadələr işlədən azarkeşi 1 il müddətinə həbs edib.
Demokratikmusavat.com xəbər verir ki, sözügedən hadisə ötən mövsüm La Liqanın XXXV turunda “Valensiya” ilə görüşdə baş verib.
Eyni hərəkəti "Malyorka" - "Vilyarreal" matçında da təkrarlayan şəxs polis tərəfindən saxlanılıb.
Məhkəmə azarkeşi 12 ay azadlıqdan məhrum edib və 3 il müddətinə futbol yarışlarına girişini qadağan edib.