Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla bağlı sənədə baxır

 

Bu gün Ermənistan Konstitusiya Məhkəməsi Ermənistan və Azərbaycanın sərhədlərin delimitasiyası üzrə komissiyalarının birgə fəaliyyəti haqqında əsasnamənin konstitusiyaya uyğunluğu məsələsinə yazılı şəkildə baxır.

Demokratikmusavat.com xəbər verir ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında imzalanan Əsasnamə sentyabrın 5-də Ermənistan hökuməti sənədin ratifikasiyasını təsdiqləyib. Həmin gün o, Konstitusiya Məhkəməsinə göndərilib. 

Konstitusiya Məhkəməsinə müsbət cavab verildikdən sonra sənəd ratifikasiya üçün parlamentə göndəriləcək.

 

0.18100810050964