2024/2025 mövsümdən yeni formatda keçirilən UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda altı qarşılaşma baş tutub.
“Demokratikmusavat.com ” xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin növbəti dörd qarşılaşmasında “Liverpul” səfərdə “Milan”ın öhdəsindən gəlib, “Bavariya” “Qarabağ”ı mübarizədən kənarlaşdırmış “Dinamo”nu (Zaqreb) darmadağın edib, “Real Madrid” “Ştuttqart”ı yenib, “Sportinq” isə “Lill” üzərində inamlı qələbə qazanıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
17 sentyabr
I tur
“Yuventus” (İtaliya) – PSV (Niderland) 3:1
“Yanq Boys” (İsveçrə) – “Aston Villa” (İngiltərə) 0:3
“Bavariya” (Almaniya) – “Dinamo” (Zaqreb, Xorvatiya) 9:2
“Milan” (İtaliya) – “Liverpul” (İngiltərə) 1:3
“Real” (Madrid, İspaniya) – “Ştutqart” (Almaniya) 3:1
“Sportinq” (Portuqaliya) – “Lill” (Fransa) 2:0
Qeyd edək ki, ilk turun digər görüşləri sentyabrın 18-19-da keçiriləcək.