Avstriya çempionatının sentyabrın 14-də keçirilməsi planlaşdırılan “Zalsburq” – "Аustriya Klаqеnfurt" matçı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.
Demokratikmusavat.com "Report"-a istinadən xəbər verir ki, gələn həftəyə qədər Avstriyada uzunmüddətli leysan yağışları və tufan gözlənilir.
Qeyd edək ki, sözügedən matç Zalsburq şəhərində baş tutmalı idi.