Avropa çempionatının seçmə mərhələsində Serbiya millisi ilə qarşılaşan Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət komandası məğlub olub.
Demokratikmusavat.com xəbər verir ki, "Dalğa Arena"da gerçəkləşən matçda qonaqlar 2:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, millimiz sentyabrın 6-da səfərdə Lüksemburqa da eyni hesabla uduzub. Samir Əliyevin baş məşqçisi olduğu yığma turnir cədvəlində sonuncu - altıncı pillədə qərarlaşıb.