Neymar fiziki testlərdən keçə bilmədi

 

Ötən payızdan bəri çarpaz bağın yırtılmasından müalicə alan "Əl-Hilal"ın və Braziliya millisinin 32 yaşlı futbolçusu Neymar lazımi tibbi və fiziki müayinələrdən keçə bilməyib.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, ona formasını bərpa etmək üçün daha çox vaxt lazım olacaq.

Braziliyalı futbolçu 2023-cü ilin yayında Səudiyyə Ərəbistanı klubuna keçib. Bu müddət ərzində o, bütün turnirlərdə beş matçda iştirak edib, bir qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında verilən məlumata görə, Neymarın bazar dəyəri 30 milyon avrodur.

0.39336585998535