Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.
Demokratikmusavat.com xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Səbail"i qəbul edib.
Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Meydan sahiblərində 87-ci dəqiqədə Kamran Quliyev, qonaqlarda 89-cu dəqiqədə Süleyman Alluş fərqlənib. 90+2-ci dəqiqədə Roi Kehat "Sumqayıt"ın qələbə qoluna imza atıb.
Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran "kimyaçılar" 2-4-cü yerləri bölüşdürür. Bakı klubu isə 1 xalla 9-cu sıradadır.
Günün ilk matçında "Turan Tovuz" "Kəpəz"i üç cavabsız qolla üstələyib.
Qeyd edək ki, III turun "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb. Tura avqustun 18-də "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.