Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.
Demokratikmusavat.com xəbər verir ki, günün ilk matçında "Kəpəz" "Turan Tovuz"la üz-üzə gəlib.
Qarşılaşma Tovuz təmsilçisinin qələbəsi ilə bitib - 3:0.
15-ci dəqiqədə Xəyal Nəcəfov, 19-cu dəqiqədə Roderik Miller, 61-ci dəqiqədə Kristian da Silva fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən "Turan Tovuz" hələlik çempionatın lideri olub. Xalsız olan Gəncə klubu sonuncu-10-cu sıradadır.
Günün digər matçında "Sumqayıt" "Səbail"i qəbul edəcək.
Qeyd edək ki, III turun "Şamaxı" - "Qarabağ" və "Zirə" - "Araz-Naxçıvan" qarşılaşmaları təxirə salınıb. Tura avqustun 18-də "Neftçi" - "Sabah" matçı ilə yekun vurulacaq.