2024-cü ilin 1 aprel tarixinə Bakı şəhərində muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 49 min 358 nəfər artaraq 954 min 365 nəfər olub.
Ölkə.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Bakı şəhərində hesabat dövründə əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 8% artaraq 1243.7 manat təşkil edib.
Qeyd edək ki, bu dövrdə ən çox muzdlu işçi sayı Nəsimi rayonunda (218 922), ən çox orta aylıq əməkhaqqı isə Pirallahı rayonunda (2251.5 AZN) qeydə alınıb.
Aşağıdakı cədvəldə 2024-cü ilin aprel ayının 1-nə Bakının rayonları üzrə muzdlu işçilərin sayı və orta aylıq əməkhaqqı verilib.