Yaxın vaxtlarda dünya bazarlarında korreksiya olacaq və "Brent" markalı neftin qiymətləri ucuzlaşaraq 80-85 dollar/barel səviyyəsinə qayıdacaq.
"Ölkə.az" xəbər verir ki, bu barədə Energetika və Maliyyə İnstitutunun tədqiqat direktoru Aleksey Beloqoriyev "RİA Novosti"yə müsahibəsində danışıb.
Ekspertin proqnozuna görə, bu xammalın qiymətində artım spiralı başa çatmaq üzrədir. O qeyd edib ki, son aylarda dekabr-fevral ayları ilə müqayisədə bazarda qlobal dəyişiklik olmayıb.
"Bazar OPEC+ ittifaqı xaricində hasilatın artacağını gözlədiyi üçün neftə tələbat artımının yavaşlaması riskləri qalmaqdadır. Təklif və tələb tarazlığa yaxındır", - Belogoriyev deyib.
Mütəxəssisin fikrincə, Yaxın Şərqdəki gərginlik neftin bir barelinin qiymətinə təxminən iki-üç dollar əlavə edib. Ekspert Rusiya neft emalı zavodlarına pilotsuz təyyarələrin hücumu fonunda Rusiya Federasiyasından neft məhsullarının ixracının davamlılığı ilə bağlı alıcıların narahatlığını mart ayında kotirovkaların artmasında daha bariz amil kimi müəyyən edib .
Bundan əvvəl ABŞ Maliyyə Nazirliyinin maliyyə cinayətləri ilə mübarizə üzrə köməkçisi vəzifəsini icra edən Anna Morris bildirmişdi ki, Vaşinqton Hindistanı Rusiya neftinin idxalını azaltmağa və ya ondan imtina etməyə məcbur etməyib:
“Heç bir məhdudiyyət yoxdur, biz Hindistandan Rusiya neftinin alışını azaltmağı xahiş etməmişik”.
Morris onu da vurğulayıb ki, xammal üçüncü tərəf tərəfindən emal edildikdən sonra texniki baxımdan neft rus olmaqdan çıxır.(Publika.az)