Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu ştatda vakant olan bir sıra vəzifələri tutmaq üçün müsabiq elan edib.
Ölkə.Az-ın məlumatına görə, qurum ümumilikdə 10 vəzifəyə işçi axtarır.
Vakansiyalar aşağıdakı kimidir:
“Palçıq vulkanizmi” şöbəsi üzrə: kiçik elmi işçi – 1 yer
“Dinamiki geologiya” şöbəsi üzrə: kiçik elmi işçi – 1 yer
“Hidrogeologiya və geoekologiya” şöbəsi üzrə: kiçik elmi işçi – 2 yer
“Filiz-maqmatik sistemləri və minerageniya” şöbəsi üzrə: kiçik elmi işçi – 1 yer
“Biota təkamülü və geoloji hadisələrin korrelyasiyası” şöbəsi üzrə: kiçik elmi işçi – 1 yer
“Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi” şöbəsi üzrə: kiçik elmi işçi – 2 yer
“Neftin geokimyası” laboratoriyası üzrə: kiçik elmi işçi – 2 yer
Müsabiqədə yuxarıda göstərilən elm sahələri üzrə böyük təcrübəsi olan
mütəxəssislər iştirak edə bilərlər.
Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq bu gündən etibarən 1 ay müddətində Bakı, AZ1143, H.Cavid prospekti 119. ünvanına təqdim edilməlidir.
Telefonlar: 537-23-34, 510-01-41 (119)
Billurə