Anasız böyüdü, qızı da anasız qaldı, ərinin doğum günündə öldü - VİDEO

 

AzTV-də yayımlanan "Yüz ilin Sirləri" verilişi “Bəxt üzüyü” filmində Sevda obrazı ilə tanınan müğənni-aktrisa Firəngiz Rəhimbəyova bağlı maraqlı faktları təqdim edib. 

Ölkə.Az xəbər verir ki, uzun müddət ABŞ-də yaşayan və orada ürəktutmasından dünyasını dəyişən F.Rəhimbəyovanın ailə üzvləri və yaxınları onunla bağlı xatirələrini bölüşüb.

Verilişdə 80-ci illərdə Azərbaycan müasir estradasının yaradıcılarından biri olan F.Rəhimbəyovanın karyerasının zirvəsində ölkəni tərk etməsinin və Bakıda ailə həyatının alınmamasının səbəbi, vəfatından bir neçə gün əvvələ aid görüntüləri və ailə arxivi təqdim edilib.  

ABŞ-də yaşayan qızı, nəvəsi və ən yaxın dostu aparıcı Səxavət Nur, Bakıda isə aktrisanın rəfiqəsi Əməkdar artist Suğra Bağırzadə və onunla işləmiş bəstəkar Siyavuş Kərimi danışıb. 

Daha ətraflı:Hörmətlə,

0.24476408958435