Abşeronda suyun təkrar istifadəsi sistemi qurulacaq

 

Bakının mərkəzində yerləşən tullantı su təmizləyici qurğularında suyun təkrar istifadəsinin təklif olunmasında əsas məqsəd nəql olunan və içməli su standartlarına uyğun təmizlənən suyun daha səmərəli istifadəsinin təmin edilməsidir.

Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd olunub ki, Abşeron yarımadasında suyun təkrar istifadəsi sisteminin qurulması gələcək su qıtlığı ilə mübarizə baxımından, habelə Bakının 2040-cı ilədək davamlı inkişafının dəstəklənməsi nöqteyi nəzərindən vacib olan təbii su dövriyyəsinin bərpası baxımından çox vacibdir.

Baş Planın icrasının dəstəklənməsi baxımından suyun təkrar istifadəsinin aşağıdakı faydaları olacaqdır:

• yaşıllıqların, ictimai sahələrin, parkların, idman meydançalarının, yaşıl zolaqların, qolf sahələrinin və landşaft sahələrinin suvarılmasının (və sərinləşdirilməsinin) dəstəklənməsi; mümkün yerlərdə ictimai-işgüzar zonaların ətrafındakı yaşıllıqların, xüsusi parkların və yaşayış ərazilərindəki yaşıllıqların suvarılması; axar su kanallarının ictimai istirahət məkanı kimi inkişafı;

• təmizlənmiş tullantı sularının kommunal və texniki məqsədlər üçün (emal, təmizləmə, yanğınsöndürmə, soyutma və s.), kənd təsərrüfatında, təsərrüfat və bağ / əkinçilik sahələrində istifadəsi və daha baha başa gələn içməli suya qənaət edilməsi;

• göllərin su balansının bərpası, torpaqların keyfiyyətinin yaxşılaşdırılması, şəhərətrafı ərazilərdə geniş yayılmış səhralaşmanın aradan qaldırılması, yeraltı su sistemlərinin balansının qorunması və s. kimi təbii və yarı-təbii ərazilərin dəstəklənməsi.

0.18154907226562