2017-ci ildən bəri ən güclü hesab edilən bu ilin ilk maqnit qasırğası yaxın saatlarda Yerə çatacaq.
Ölkə.Az xarici mediaya istinadən xəbər verir ki, bütün bunlar, sözün əsl mənasında, Yeni il ərəfəsində Günəşdə baş verən güclü alışma ilə bağlıdır.
Super güclü partlayışa səbəb günəş ləkələrinin hərəkəti nəticəsində günəş tacında maqnit və elektrik enerjisinin toplanması olub. Partlayışın baş verdiyi ərazi Günəşin bizə əks tərəfində idi və yalnız bu gün Yerin baxış sahəsində göründü. Buna görə də güclü partlayış tamamilə gözlənilməz oldu.
Püskürməni müstəsna güc hadisəsi kimi təsvir etmək olar. Bu əvvəlkindən təxminən 2 dəfə güclüdür. Bundan öncəki 2023-cü ilin dekabrın 14-də baş verib.
Günəşdə silsilə partlayışlar yaxın günlərdə də davam edə bilər.
Mürtəza
Ölkə.Az