"İntihar edənlərin böyük hissəsi qadınlarla yanaşı uşaqlardır"

 

“İldə 600-dək intihar hadisəsi baş verir. İntihar edənlərin böyük hissəsi qadınlarla yanaşı uşaqlardır”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Tamam Cəfərova Milli Məclisdə “Məişət zorakılığı haqqında” qanuna dəyişiklik zamanı deyib.

Onun sözlərinə görə, ailədə valideynlər arasında baş verən məişət zorakılığı nəticədə övladın intiharı ilə nəticələnir və belə faktlar var.

“Məişət zorakılığına qalan və bunun  təsiri altına düşən uşaqlar cəmiyyətdə növbəti cinayətlərin daşıyıcısı kimi daxil olurlar. Ona görə də bu istiqamətdə cidid işlər görülməlidir”, - deputat qeyd edib.

Mürtəza
Ölkə.Az

0.28909802436829