TƏBİB-in tabeli tibb müəssisələrinə xaricdə təhsil almış 102 həkim işə qəbul olunub.
Ölkə.Az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in yaranmasının 5 illik yubiley tədbirində məlumat verib.
“Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində 17 tibb müəssisəsində xarici ölkələrdə müxtəlif ixtisaslar üzrə təhsil alan 102 həkim-mütəxəssis işə qəbul edilib. Hazırda TƏBİB-in tabeli tibb müəssisələrində 94 min 084 nəfər əməkdaş çalışmaqdadır. Onlardan 53 min 389-u tibb heyətidir”.