Ermənistanda normal müxalifət olsaydı, Zaxarovaya cavab verərdi - Ovanesyan

 

Əgər Ermənistanda perspektivli institusional müxalifət olsaydı, bu gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinə dünənki bəyanatla bağlı rəsmi cavab verməyə borclu olardı. 

Ölkə.Az xəbər verir ki, bunu “Alternativ layihələr” qrupunun həmtəsisçisi Vahe Ovanesyan deyib.

“Dövlət marağı tələb edir ki, cavab verən müxalifət olsun. Rusiyada da bilsinlər ki, Ermənistanda hazırkı avantürist iqtidardan fərqli gündəmə və baxışa malik müxalifət var.

Əgər bizdə həqiqətən də indiki iqtidardan daha ciddi müxalifət olsaydı, o zaman Rusiya XİN-ə cavab verərdi. 

Söhbət Moskvadan “xəbər” gözləməyən, Ermənistan cəmiyyətindəki problemlərin olduğunu və bunu birgə müzakirə etməyi bacaran müxalifətdən gedir”, - o qeyd edib.

Ovanesyan əlavə edib ki, Zaxarovanın bəyanatında müəyyən və çoxlu yarı həqiqətlər var. 

O deyib ki, susmaqla Rusiyaya iki mesaj göndərmiş oluruq: “Ya iqtidaryönlü, yəni “biz sizi yeganə günahkar hesab edirik” və ya əksinə, “nə desəniz, edəcəyik”.

Mürtəza
Ölkə.Az

0.18875193595886