Qızılcadan ölən məktəblinin FOTOSU

 

Xəbər verdiyimiz kimi, ötən gün paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən Yusif Əliyev adına 195 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdi qızılcadan dünyasını dəyişib.

Ölkə.Az xəbər verir ki, virus nəticəsində ölən azyaşlı məktəbin IV sinif şagirdi Rinad Cahangirlidir.

Xatırladaq ki, 195 nömrəli tam orta məktəbin direktoru Laçın Hüseynli ötən gün sosial şəbəkələrdə paylaşım edərək son 5 gündə çalışdığı təhsil müəssisəsində 200-dən çox uşağın bu virusa yoluxduğunu demişdi.

Bu gün isə həmin məktəbin ibtidai siniflərində 14 gün müddətinə distant tədrisin tətbiqinə qərar verilib.

R.Cahangirlinin fotosunu təqdim edirik:

 

0.17177820205688