Məhkəmə vergidən yayınmaqda təqsirləndirilən şirkət direktoruna bəraət verdi

 

Səbail Rayon Məhkəməsində vergidən yayınmaqda təqsirləndirilən şirkət direktoru Nicat Babayevin (ad-soyad şərti) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, ittihamda irəli sürülən cinayət hadisəsinin olmaması əsası ilə ona bəraət verilib.
Qeyd edək ki, N.Babayevə qarşı Cinayət Məcəlləsinin 213.3-cü (xüsusilə külli miqdarda vergi ödəməkdən yayınma) maddəsi ilə ittiham irəli sürülüb. O, bir neçə ili əhatə edən dövr ərzində 700 min manatdan çox məbləğdə vergini dövlət büdcəsindən yayındırmaqda təqsirləndirilib.

 

0.1568500995636