İlon Maskın paylaşımı böyük səs-küyə səbəb oldu

 

 “X” sosial media platformasında nəhəng şirkətlər reklamlarını bir-bir geri çəkirlər.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb İlon Maskın platformada edilən antisemit (Yəhudi düşməni) yazılarına verdiyi dəstək olub.

Reklamlarını ləğv edən şirkətlər arasında “Disney”, “Apple”, “Warner Bros. Discovery”, “LionsGate” və “IBM” var.

Belə ki, Mask “X”- də başqa bir istifadəçi tərəfindən paylaşılan  "Qərb yəhudi əhalisinin ölkələrinə axın edən azlıqların qoşunlarının onları çox da sevmədiyini narahat şəkildə anladığını" irəli sürən ifadəni dəstəkləyib.

Mask bu açıqlamanı yenidən paylaşaraq "Əsl həqiqəti söylədiniz" yazıb.

Avropa Komissiyası həmçinin “dezinformasiya və nifrət nitqinin həyəcan verici artması” səbəbindən sosial şəbəkədə reklamları dayandıracağını açıqlayıb.

Ağ ev də cümə günü açıqlama verib.

“Amerikalılar olaraq bizim əsas dəyərlərimizə zidd olan antisemitizm və irqçi nifrətin bu iyrənc təbliğatını qəti şəkildə pisləyirik”, - açıqlamada qeyd olunub.

Günay

0.18725395202637