Adil Əliyev həmkarına irad tutdu: "Hökumət nə etdiyini yaxşı bilir"

 

"Bizim universitetlərdə beynəlxalq münasibətlər və beynəlxalq hüquq ən populyar sahədir. Azərbaycanın bu qədər diplomata ehtiyacı var? Bizim daha çox ehtiyacımız mühəndislərə, kənd təsərrüfatı istiqamətində olan ixtisaslaradır".

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat Asim Mollazadə deyib.

O bildirib ki, Azərbaycan təhsil sistemi bu gün iqtisadiyyatımızın ehtiyacları ilə heç uyğun deyil.

"Bu məsələlərə ciddi baxılmalıdır. Həm ali təhsil, həm də peşə təhsili istiqamətində ciddi işlər görülməlidir", - deputat qeyd edib.

Vitse-spiker Adil Əliyev deputatın bu təklifinə reaksiya verərək bildirdi ki, təcrübəli diplomat və hüquqşünaslara ehtiyacı olduğundan hökumət nə etdiyini yaxşı bilir.

Mürtəza
Ölkə.Az

0.27034902572632