Hər gün sosial mediadan görürük ki, məktəblər qarşısında müxtəlif hadisələr baş verir. Bunların içərisində kriminal olanlar, narkotika satanlarla bağlı, digər qanunazidd olanları da var.
Dünya təcrübəsi belədir ki, bu ərazilər videomüşahidə altında olmalı və idarəetməsi də direktorun otağında deyil, polis şöbəsində olmalıdır.
Ölkə.Az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib. O bildirib ki, ictimai təhlükəsizliyin qorunması və cinayətkarlığın qarşısının alınmasında "Təhlükəsiz Şəhər" sisteminin rolu gücləndirilməlidir:
"Dəfələrlə şahidi olmuşuq ki, polis kamera nəzarəti olan ərazilərdə cinayətin üstünün açılmasında daha çevik və effektiv hərəkət edə bilir.
Effektiv videomüşahidə sistemi polisin rəqəmsallaşmasında mühüm əhəmiyyət kəs edir. Amma təəssüf ki, ictimai əhəmiyyət kəsb edən yerlərdə, yeni tikililərdə, təhsil müəssisələri ətrafında, ümumiyyətlə ölkə üzrə kameralaşma ilə bağlı ciddi problemlər hələ də qalır.
Dünyada artıq bu sahədə süni intellekt həlləri tətbiq edilir, hətta maskada olan cinayətkarların identifikasiyasına imkan verən müşahidə texnologiyalarından istifadə edilir".
O.Gündüzün sözlərinə görə "Təhlükəsiz şəhərlə" bağlı Prezident fərmanı və Nazirlər Kabinetinin qərarları olmasına baxmayaraq proses ləng gedir.
Billurə