Azərbaycanda ətin qiymətinin bahalaşması su problemi ilə əlaqələndirilir.
Ölkə.Az xəbər verir ki, bu mövzuda danışan sözləri ekoloji məsələlər üzrə ekspert, professor Rövşən Abbasov belə hesab edir. Onun sözlərinə görə, Azərbaycanda ətin qiymətinin sürətlə bahalaşmasının başlıca səbəblərindən biri kiçik fermerlərin suya çıxışında yaranan problemlərdir:
"Yem (başlıca olaraq yonca) istehsalının azalması sonda mal-qara sayının da azalmasına təsir edir. Bu problemi həll etmək üçün kiçik fermerlərin su ilə təminatı yaxşılaşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, kiçik fermer təsərrüfatları həmişə özünü doğruldub və ölkədə ərzaq istehsalına böyük töhfə verib", - deyə o əlavə edib.
Billurə Yunus