"Ayın 15-i beynəlxalq konfransa qoşulmuşdum. Orada Ermənistandan, Fransadan, eyni zamanda İsveçdən olan nümayəndələr də var idi. Konfransda qəfildən çxışımı dayandırıb mənə sual verdilər ki, siz niyə Qarabağda etnik təmziləmə aparmısınız".
Demokratikmusavat.com Ölkə.az-a istinadla xəbər verir ki, bu sözləri politoloq Samir Hümbətov "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat"ının təqdimatında çıxış edərkən deyib.
"Dedim əgər bizim erməni xalqına qarşı nifrətimiz var idisə, 30 ildən çoxdur ki, bizim içimizdə 30 mindən artıq eməni xanımı yaşayır, ailəlidir. Bu sözü deyəndə sadəcə dayandılar. Dedilər ki, siz erməniləri oradan çıxarmısınız. Dedim, əgər Azərbaycan dövləti tərəfindən Qarabağda yaşayan ermənilərin oradan çıxarılmasına dair sübutunuz varsa, buyurun, ortaya qoyun. Təbii ki, edə bilmirlər.
Məsələnin ən dərin tərəfi ondan ibarətdir ki, biz bu nifrət nitqi ilə 30 il deyil ki rastlaşırıq. Bu 100 ilən artıq davam edir. 20-ci əsrin əvvəllərindən Azərbaycan türklərinə qarşı bu proses mütəmadi gedib, bu gün də davam edir. Bir məsələnin həll olunması üçün fikrimcə, birtərəfli çalışmağın o qədər də effeki olmayacaq. Qarşı tərəf də addım atmalıdır. Biz təbii ki, bunu görmürük. Onlar bizdən yeməklərimizi oğurladılar, musiqimizi, həyat tərzimizi, hətta tariximizi oğurlamağa çalışdılar. Oğurlayırlarsa, heç olmasa, bizdən tolerantlığımızı, insanlara qarşı humanist dəyərləri oğurlsaydılar, hesab edirəm ki, bu məsələ daha rahat həll oluna bilərdi. Təəssüf ki, biz bu gün bunu görmürük".
Billurə Yunus