“Bakı Texnika Sənaye” ASC ləğv edilir.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkət səhmdarlarına müraciət edib.
Belə ki, dekabrın 1-də ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Yığıncaqda cəmiyyətin ləğv edilməsi müzakirəsi olunacaq və ləğvetmə komissiyası yaradılacaq.
Xatırladaq ki, “Bakı Texnika Sənaye” ASC 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 239 824 manatdır və qanuni təmsilçisi Nazim Qarayevdir.