"Azərbaycanda avtobus sürücülərinin xeyli hissəsi Polşaya üz tutur. Bu proses 3 ildir davam edir. Yüzlərlə sürücü ölkədən gedib".
Demokratikmusavat.com Ölkə.az-a istinadla xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, yüksək maaş onları cəlb etdiyi üçün ölkədən kütləvi şəkildə gedirlər:
"Azərbaycanda aldıqları maaşın təxminən 4 qat artığını alırlar (800 manata qarşı 3000 manatdan çox). Odur ki, hazırda ölkəmizdə avtobus sürücüsü tapmaq çox çətindir. Bu şirkət birini işdən qovan kimi o biri şirkət işə götürür.
Peşəkar avtobus sürücüsü yetişdirmək üçün AYNA tərəfindən elan verildi ki, 1000 sürücü hazırlansın, yetişdirilsin və peşəkar xidmət göstərsinlər. Həmin elana cəmi 10 nəfər müraciət edib.
Hökümət bu istiqamətdə ciddi layihə ortaya qoymalıdır. Əks halda qeyri-peşəkar sürücüsü avtobusların sükanı arxasına keçəcək və biz inkişaf etmək əvəzinə yenə də geri gedəcəyik - hər gün davalar, qəzalar, yolda yarışmalar və s.", - deyə o yazıb.
Billurə
Ölkə.az