"Tarqovı"dakı görüntü ilə bağlı gözlənilməz açıqlama - VİDEO

 

Paytaxtın mərkəzi küçələrindən olan Nizami küçəsində yerləşdirilən reklam maketi müzakirələrə səbəb olub.

Ölkə.Az xəbər verir ki, mərkəzi küçədə çox böyük ölçüdə olan spirtli içki brendlərindən birinə məxsus maketin yerləşdirilməsi birmənalı qarşılanmayıb.

Alkoqollu içkilərin reklamı “Reklam haqqında” Qanunla tənzimlənir. 

Azərbaycan Dövlət Reklam Agentliyinin rəsmi saytında açıq məkanda alkoqol və tütün məmulatlarının reklamına icazə verilməsi ilə bağlı suala verilən cavabda deyilir:

"Açıq məkanda tündlüyü 5 %-dən yuxarı olan alkoqollu içkilərin, həmçinin bütün növ tütün məmulatlarının reklamının yayımlanması qadağandır".

"Tarqovı"da yerləşən reklam maketində göstərilən məhsulun üzərində isə 38% qeyd edilib.

***

16:32

Texnobloger Fərid Pərdəşünas müzakirələrə səbəb olan vodka butulkaslının bir növ montaj olduğunu deyib:

"Səhərdəndir bu videonu sosial şəbəkələrdə bölüşürlər. Hətta Reklam Agentliyinə artıq şikayət edənlər var ki, mərkəzdə necə belə bir reklama icazə veriblər.

Bəli, qanun icazə vermir. Amma görünür "Mamedoff" prosesi "hack" edib. Bu, fiziki reklam deyil. Son aylarda qlobalda da tez-tez istifadə olunan CGI metodudur ki, bir növ montaj deyə bilərik. Yəni əslində belə bir butulka mərkəzdə yoxdur, montaj ilə qoyulub", - deyə o söyləyib.

Billurə

0.27239298820496