Millət vəkili oğlunun doğum gününü belə təbrik etdi - FOTO

 

Milli Məclisin deputatı Fatma Yıldırım oğlunun doğum günü münasibətilə təbrik edib.

Ölkə.Az xəbər verir ki, bu barədə xanım deputat sosial şəbəklərdə paylaşım edib. O oğlu ilə birgə fotolarını paylaşaraq ürək sözlərini yazıb:

"Sevgili oğlum, bu gün 30 yaşına çatdın və bu özündə bir çox mənası olan bir dövrdür. Səninlə keçirdiyimiz 30 il, mənim üçün özəl və dəyərli anılarla dolu idi.

Sənə  sağlam həyat, daima gülmək və bütün hədəflərinə nail olmağın yollarını tapmaq arzusu ilə  bir ömür arzulayıram.
Sən mənim üçün çox özəlsən və səni hər zaman dəstəkləyəcəyəm.

Doğum günün mübarək olsun!", - deyə o qeyd edib.

0.21713495254517