Əhaliyə pensiya və maaşlarla bağlı ŞAD XƏBƏR - Yanvarın 1-dən... - VİDEO

 

Gələn ilin ilk aylarından minimum əməkhaqqı və pensiya məbləğlərinə dəyişiklik ediləcəyi proqnozlaşdırılır.

Ölkə.Az xəbər verir ki, bunu Xəzər tv-yə açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, müavinət və təqaüdlərin artırılacağına dair sosial paketin açıqlanması ehtimalı da yüksəkdir.

"Gözlənilir ki, 2024-cü ilin əvvəlindən bu göstəriciyə dəyişiklik ediləcək. Minimum əməkhaqqı təxminən 10 faiz - 400 manata qədər artırıla bilər".

Millət vəkili Vüqar Bayramov da bildirib ki, 2024-cü ilin yanvarında pensiyalar və əməkhaqllarında artımlar olacaq.

Ətraflı videomaterialda izləyə bilərsiniz:

0.22407293319702