Qarabağda qanunsuz yaşayan ermənilərin sayı minimuma enir

 

Qarabağda “evsiz qalan” (?) və getmək arzusunda olanlar Ermənistana köçürüləcək. Bu, ərazilərimizdəki ermənilərin sayının minimuma enməsi ilə nəticələnəcək.

Separatçıların təslim olmasından sonra Xocalı və Xocavənddə, o cümlədən, keçmiş Ağdərə rayonu ərazisindən ermənilər Xankəndinə gətirilir. Ağdərədəki ermənilər bu gün sülhməramlılar tərəfindən Xankəndinə aparılıb, onların sayının 4 min olduğu deyilir.

Ermənilərin əksəriyyətinin Ermənistana getmək istəyəcəyi gözlənilir.

Birincisi, getmək istəyənlər qalmaq istəyənlərdən qat-qat çoxdur, hazırda minlərlə erməninin Xocalı aeroportu ərazisində getmək üçün növbə gözlədiyi haqda məlumat var;
İkincisi, 44 günlük müharibədən sonra Xankəndində ciddi ev problemi yaranmışdı: azad olunmuş ərazilərdə qanunsuz məskunlaşanlar və ruslar tərəfindən Ermənistandan gətirilənlərin əksəriyyəti bu şəhərdə pansionatlarda qalırdı, hətta mağazalarda belə yaşayanlar vardı; digər ərazilərdən gələnlərdən sonra ev problemi daha da böyüyəcək və öz istəkləri ilə gedəcəklər;

Ermənistan hökuməti Gorusda Qarabağdan qayıdacaq ermənilər üçün düşərgələr yaradır. Artıq ilk qrupun Gorusa getdiyi deyilir. Erməni mənbələrin məlumatına görə, getmək istəyənlər üçün 30 avtobus ayrılıb. İlk gedənlər “evsiz”lər olacaq, daha sonra getmək istəyənlərin hamısı üçün şərait yaradılacaq. Əsas maraqlı məqam erməniləri daşıyacaq nəqliyyat vasitələrinin Azərbaycanın mərkəzi hakimiyyətindən aldıqları yanacaqla işlədiyidir. Rəsmi Bakı erməni əhalisi üçün bütün şəraiti yaradır: getmək istəyənlər təhlükəsiz şəraitdə çıxa bilirlər; qalmaq istəyənlər Azərbaycan vətəndaşlığını qəbul edərək, rahat şəkildə yaşaya biləcəklər;

Bütün bunlar isə erməni əhalisinin yalnız Xankəndində qalacağı və saylarının minimuma enəcəyi deməkdir.

0.16684508323669