“Vaqner” özəl hərbi şirkətinin minə yaxın silahlısı hazırda Belarusdadır.
"Ölkə.az" xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin spikeri Andrey Demçenko məlumat verib.
“Belarus ərazisinə gəlməyə başlayanda onların sayı 6 mindən çox idi. Həm Belarus, həm də Rusiya ərazisində baş verən hər şey kəşfiyyat bölmələri tərəfindən diqqətlə izlənilir”, - Demçenko bildirib.