Daha beş marşrut xətti “BakuBus”a həvalə edilib

 

Zabrat-1 və Zabrat-2 qəsəbələrindən keçən 5 müntəzəm marşrut xətti üzrə daşımalar müsabiqə yolu ilə “BakuBus” MMC-yə həvalə edilib. 

Bu barədə Demokratikmusavat.com -ın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, müntəzəm marşrut xətləri üzrə xüsusən də ətraf kənd və qəsəbələr istiqamətində avtobusların yenilənməsi mərhələli qaydada həyata keçirilir:

“Hazırda bu xətlər üzrə müasir, sərnişindaşıma tələblərinə cavab verən nəqliyyat vasitələri vətəndaşlarımıza xidmət edir. Bu istiqamətdə fəaliyyət göstərən digər marşrut xətləri üzrə avtobusların yenilənməsi üçün müsabiqələrin keçirilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, ötən gün Zabrat-1 qəsəbəsində yaşayan sakinlər tərəfindən daxil olan şikayətdə sərnişin avtobuslarının keyfiyyətsiz xidmət göstərməsi, kondisionerin olmaması qeyd edilib. Şikayətdə deyilir ki, Bakının mərkəzinə işləyən avtobuslardan başqa, o birilərinin əksəriyyətində bu problem var.

0.18258094787598