Turizm bölgəsində təbiəti villa sahibləri zibilləyib? - FOTO

 

Qaxın İlisu kəndində villa sahiblərinin ətraf mühiti zibillədiyi iddia edilir.

Demokratikmusavat.com xəbər verir ki, İlisi kəndində çaya zibil atıldığı bildirilir.

“Ecokönüllü” səhifəsi zibillərin çaya kəndin hündür ərazilərdində yerləşən villalardan atıldığını yazsa da, sosial şəbəkə istifadəçiləri zibillərin əraziyə yerli əhali tərəfindən atıldığını bildirir.
“Yerli əhali də bu vəziyyətdən razı deyil, çünki İlisuda zibil tullamaq məsələsi həllini tapmayıb”, - deyə qeyd edilib.

Başqa bir sosial şəbəkə istifadəçisi də zibil qablarının yalnız gəlmələr üçün qoyulduğunu iddia edir:

“Kənddə zibil qabları yalnız yayda gəlmələr üçün qoyulanda belə olur. Və o " villa " dediyin evdə ildə 5, 10 gün qalırlar, zibili isə bütün kənd belə atmağa məcburdur. Tövsiyə edərdim ki, məsələni daha yaxından araşdırılsın”.

Billurə

 

 

0.22079491615295