“A-Qrup Sığorta"ya yeni sədr təyin edilib

 

“A-Qrup Sığorta" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

"Report" şirkətə istinadən xəbər verir ki, bu, Məmməd Atakişiyevdir.

O, bu təyinata qədər tibb sahəsində çalışıb və yeni vəzifəsində Abas Miskərlini əvəz edib.

Xatırladaq ki, “A-Qrup Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adnayevə məxsusdur.

0.1664400100708