“AzTV olaraq bildiririk ki, kimliyindən asılı olmayaraq bir insanın həyatını itirməsindən şou düzəltmək və reytinq naminə yalandan informasiya yayıb ictimaiyyəti çaşdırmaq yumşaq desək, tərbiyəsizlikdir”.
Demokratikmusavat.com xəbər verir ki, bunu AzTV-nin mətbuat katibi Rüfət Seyidov mərhum aparıcı Natəvan Babayeva haqqında yayılmış iddialara münasibət bildirərkən deyib. O, AzTV-nin N.Babayeva üçün bilet pulu verməməsi ilə bağlı infformasiyaların həqiqətə uyğun olmadığını söyləyib:
“Əgər bu tərbiyəsizlik qələm yoldaşımız, həmkarımızdırsa “Time TV”adlı cılız və jurnalistikadan uzaq, qondarma saytın hansı məzhəbə qulluq etdiyi məlum olur.
Biz əməkdaşımız Natəvan Babayevanın sağalması və normal həyata qayıtması üçün atdığımız addımları sadalamaq fikrində deyilik. Çünki bunu doğru hesab etmirik. Əgər görülən işlər “Time TV” maraqlıdırsa, bir zəhmət, mərhum jurnalistin ailəsi ilə əlaqə saxlasın. Yoxsa dəqiqləşdirmədən belə həssas mövzuda şou düzəltmək sadəcə ayıbdır. Həmkarımızın ruhuna xatir qarşı tərəfə deyəcəyimiz sözü burda yekunlaşdırır və “ləyaqət hissiniz varsa üzr istəyin, cılız oyunlanızı dayandırın” deyir, ictimaiyyəti isə yalan informasiyalara inanmamağa çağırırıq”, -deyə açıqlamada bildirilib.