“Heyif, qız şort geyinə bilmir ki...” – Azərbaycanlı aktyor Fulya haqqında

 

Xəbər verdiyimiz kimi, türkiyəli aparıcı Fulya Öztürk Məkkəyə gedib.

Demokratikmusavat.com xəbər verir ki, onun Ümrə ziyarəti Azərbaycan auditoriyasında da maraqla qarşılanıb.

F. Öztürkün Məkkədə çəkilmiş fotolarına reaksiya verənlər arasında azərbaycanlı aktyor Azər Aydəmir də yer alıb. O hesab edir ki, Azərbaycanda F.Öztürkə olan sevgi onun psixologiyasını pozmaqla hərəkət və davranışlarına da ciddi şəkildə təsir edib:

“Vallah, bu qıza heyifdir. Qızın bütün psixologiyasını dağıtdınız. Ona Mahatma Qandi özgüvəni verdiniz. Bəlkə də ailə quracaqdı, kofeşoplara dəvətlər alacaq, bal ayına, Parisə, "Crouisset"ə tətilə gedəcək, normal eşq yaşayacaqdı. Yəni bu yaşın gözəlliyini, dadını çıxaracaqdı. İndi qız Allah bilir şort geyinə bilmir ki, Azərbaycanın ruhani sinifinə daxil olmuşam. Nə bilim, Allah köməyi olsun. İnsana qazı dozasından çox verdikdə o boğulur. Unutmayın, hər şey qədərində gözəldir”, - deyə o yazıb.

Aktyorun fikrini dəstəkləyənlərlə yanaşı, onunla razılaşmayanlar da olub.

Demokratikmusavat.com

0.19808793067932