Voleybol üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb. “Qafqazinfo” xəbər verir ki, yığmanın baş məşqçisi Ataman Güneyligil komandaya 17 oyunçu dəvət edib.
Qitə çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.
Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova, Ülkər Kərimova.
Blokçular: Ayşən Abduləzimova, Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko.
Oyunqurucuları: Kristina Besman, Yana Doroşenko, Şəfaqət Alışanova.
Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva.
Baş məşqçi: Ataman Güneyligil