“Yalandan ağlayır ki, bir qəpiyim də yoxdur”

 

Sosial şəbəkələr artıq həyatımızın bir hissəsinə çevrilib. İnsanlar real həyatları ilə yanaşı, burada özlərinə yeni dünya qurublar. Maraqlıdır ki, hər iki “dünya”nı idarə edən insan eyni olsa da, reallıqla virtualdakı yanaşma bir qədər fərqlidir.

Məsələn, insanların çoxu sosial şəbəkələrdə ən xoş günlərini, müsbət xatirələrini paylaşsa da, real həyatda insanlar daha çox neqativ məqamlardan danışır, səhhətindəki problemlərdən şikayətlənir, sıxıntı içərisində olduğunu bildirir və s. 

Məsələnin psixoloji tərəfləri ilə bağlı "Demokratikmusavat.com"a danışan psixoloq Aytən Ələkbərovanın sözlərinə görə, bunun səbəbi bir qisim insanın nəfisdən qorxmasıdır:

“Sosial şəbəkələr hər bir insanın yaşam tərzinə çevrilib. Hər bir insan xoş onlarını sosial şəbəkələrdə o qədər paylaşır ki, bəzən maddi, sosial cəhətdən o qədər də yaxşı durumda olmayan insanlar hər kəsin yaxşı şəraitdə yaşadığını düşünməyə başlayır. Çünki toplum olaraq bir qrup insanların sosial şəbəkələrdə paylaşdığı gündəlik getdikləri yerlər, restoranlar və ya müxtəlif yerlərdən olan gözəl görüntülər başqalarının “o getdi, mən gedə bilmədim” düşünməsinə səbəb olur. Gedə bilməyən insanlar həmin adamların yanında yalandan ağlamağa başlayırlar: halım yoxdur, özümü pis hiss edirəm, bir qəpik də olsun qazanmıram və s. Sanki gözdən, nəfisdən qorxaraq qarşısındakı insanı manipulyasiya edirlər. Bu zaman da onlar müsbət hadisələri yox, neqativləri danışırlar. 

İnsanlarımızın reallığını, həyatını xarakterizə edən film və seriallarımız var. Orada (filmlərdə) belə hər şey 5+5 kimi təsvir olunmur. Elə insanlar var ki, 1000-1500 manat civarında olan kreditlərə girir. İnsan düşünmür ki, mən 1000 manat qazanıb 1500-ü necə qaytaracağam, o zaman da başqa insanlara möhtac olurlar.

Belə olan halda maddi durumu daha yaxşı olanlar bir dəfə onlara kömək edir, iki dəfə edir, 3-cü də artıq “məndə yoxdur” demək məcburiyyətində qalırlar”.

 

0.2169201374054