Murad Musayev: “Arzum idi ki, “Qəbələ” ilə titulum olsun”

 

“İnam həmişə var idi. Şükürlər olsun ki, həm çempionatda, həm də kubokda istəyimizə çatdıq”.

Demokratikmusavat.com xəbər veriir ki, bunu Oxu.Az-a açıqlamasında “Qəbələ”nin futbolçusu Murad Musayev Azərbaycan Kubokunu qazanmaları barədə danışarkən deyib.

O, fikirlərinə belə davam edib: “Finalda “Neftçi” ilə oynamaq bizim üçün gözəl hiss idi. Çox sevinirik. Kubok mənim üçün çox önəmli idi. Bu klubun yetirməsiyəm, burada böyümüşəm, futbola burada başlamışam. Arzum idi ki, “Qəbələ” ilə titulum olsun. Ardıcıl iki il uğurlu nəticələr əldə etdik. Çox xoşbəxtəm”.

M.Musayev meydançaya çıxandan sonra hər hansı təzyiq hiss etmədiklərini bildirib: “Hər komanda təzyiq altında olur. Çünki, ortada bir titul var. Matç başlayandan sonra bütün təzyiqlər itdi və oyun istədiyimiz kimi getdi”.
Qeyd edək ki, həlledici oyunda “Neftçi”ni 1:0 hesabı ilə məğlub edən “Qəbələ” titula sahib çıxıb.

0.18946409225464