Azərbaycan Kubokunu kim qazanacaq: “Neftçi”, yoxsa “Qəbələ”? - AFİŞA

 

Bu gün futbol üzrə Azərbaycan Kubokunun final oyunu keçiriləcək.

Demokratikmusavat.com xəbər verir ki, həlledici görüşdə “Neftçi” və “Qəbələ” üz-üzə gələcəklər.

“Bakcell Arena”da təşkil olunacaq matç saat 20:00-da başlayacaq.

Bu komandalar daha əvvəl bir dəfə də finalda üz-üzə gəliblər. 9 il əvvəl baş tutan matçda kuboku “Neftçi” qazanıb. Kubokda iki dəfə də yarımfinalda üz-üzə gələn kollektivlər hərəyə bir dəfə mərhələ adlayıblar.

“Neftçi” 6, “Qəbələ” 1 dəfə ölkə kubokunu başı üzərinə qaldırıb.

Azərbaycan Kuboku
Final

3 iyun

20:00. “Neftçi” - “Qəbələ”

“Bakcell Arena” stadionu

0.16888189315796