Çempionlar Liqası: Final oyununun baş hakimi dəyişdirilə bilər

 

İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının final oyununun baş hakimi dəyişdirilə bilər.

Demokratikmusavat.com xəbər verir ki, buna səbəb matça təyinat alan polşalı referi Şimon Marçinyakın ölkəsində ultrasağçı siyasətçi Slavomir Mentsenin təşkil etdiyi aksiyaya qatılmasıdır. “Yeni Ümid” partiyasının rəhbəri homofob və antisemit ifadələri ilə tanınır.

Avropa futbol qurumunun dəqiqləşdirmə üçün təcili olaraq Marçinyaka müraciət etdiyi bildirilir. Onun həlledici görüşü idarə edib-etməyəcəyi ilə bağlı iyunun 2-də veriləcək.

Qeyd edək ki, final qarşılaşma iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək.

0.30230498313904