Orta təhsilli teatr drektoru "xariqələr" yaradır

 

Qax Dövlət Kukla Teatrının direktorunu teatr kollektivi ittiham edir 

Ölkəmizin o başındansəfalı Qaxdan gələn xəbər təəssüf ki, ürəyaçan deyil. Dövlət Kukla Teatrının kollektivi redaksiyamıza ünvanladığı şikayət məktubunda bildirir ki, teatrda aləm bir-birinə dəyib. Şikayətçilərin yazdığına görə, orta ixtisas təhsilli, 17 ildir baş rejissor, şiddətli töhmət almağına baxmayaraq hazırda direktor vəzifəsini icra edən Yusif Abdurahmanov dövlətin qanunlarını sayır, kollektivi. Qəribədir ki, adı çəkilən şəxs haqqında zaman-zaman xoşagəlməz xəbərlər dolaşır. Nədənsə indiyədək ölçü götürülməyib. Yerində oturdulmadığını görənqəhrəmansa bəlli olmayan hansı xidmətinə görə aldığı Əməkdar artist fəxri adı artıq üçüncü dəfə yiyələndiyi illik Prezident mükafatına söykənib meydan sulayır. 2021-ci ilin oktyabrından 2022-ci ilin iyun ayının sonlarınadək birinci dəfə direktoru əvəz etdikdən sonra görünür dişinə şirə dəyən Y. Abdurahmanov vəzifə hərisliyindən, tamahkarlıqdan geri dura bilməyib. Artıq beşinci aydır ikinci dəfə direktor əvəzi vəzifəsini daşıyır. Təəssüf ki, məsuliyyətin, dövlət etimadının olduğunu anlamayan bu şəxs teatrı dərəbəylik şəraitində idarə edir. Kollektivin səbr kasası dolan bir qism əməkdaşının bu günlərdə rayon prokurorluğuna etdiyi şikayətdə baş rejissor-direktor əvəzinin həm keçmişdə həm son aylarda törətdiyi qanunsuz əməllər, səriştəsiz, saymazyana rəhbərliyi nəticəsində işçilər arasında ikitirəlik salması, öz tərəfdarlarına açıq-aşkar himayədarlıq, bəzilərinəsə az qala düşmən münasibəti sərgiləməsi, yaradıcılıq əhval-ruhiyyəsindən uzaq şər-böhtanlı mühit formalaşdırması, saxtakarlıqla məşğulluğubilet satışından əldə edilən gəlirin bank hesabına yerləşdirməməsi, saxta biletləri dövriyyəyə buraxması, eyni zamanda onları yandırması, faktiki işləməyən şəxsə əmək haqqı, qastrol tamaşaları zamanı iştirakçıların adına artıq pul hesablaması onları mənimsəməsi, teatra məxsus xidməti maşın üçün nəzərdə tutulan yanacaq kartıyla oğlunun şəxsi maşınına benzin doldurması, kadr üzrə bəzi əmrləri icra etməməsi, teatrın sifarişi əsasında görmüş təşkilatlara maliyyə ödənişlərini yerinə yetirməməsi, rüşvətlə işə adam götürməsi sair bu qəbildəndir. Qax rayon Prokurorluğundan Mədəniyyət nazirliyinə mövcud gərginlik bu səbəbdən teatrınxüsusilə rəhbər şəxslərin nəzarətə götürülməsinin vacibliyilə bağlı məlumat verilməsinə baxmayaraq paytaxtdan gəlib-gedən, bu xüsusda gərək olan addım atılması barədə xəbər yoxdur. 24 il teatra rəhbərlik etmiş, ləkəli keçmişiylə tanınan, iki il əvvəl barəsində cinayət işi açılmış təqsiri sübuta yetirilmiş, sonda vəzifəsiylə vidalaşmış Nazim Mahmudovla işbirliyində olmuş Y.Abdurahmanovun tender oyunun əsas iştirakçısı əvvəlcə həyat yoldaşının, sonra qaynının adına bir ştat vahidi əmək haqqını uzun illər mənimsəmə faktına görə digər vəzifəli şəxs kimi söylənən cinayət işində adı keçir. Qəribədir ki, o digər vəzifəlilər - baş mühasib Fəxrəddin Əliyev, baş rəssam Mais Abdullayev bu günədək sudan quru çıxmağı bacarıblar (?). Ötən ilin iyun-dekabr aylarında teatra rəhbərlik etmiş şəxsin isə sağlam niyyətinə, peşəkarlığına, nizam-intizamı bərqərar edərək qurub-yaratmağına dözə bilməyən Nazim Mahmudov, Yusif Abdurahmanov, Fəxrəddin Əliyev, Mais Abdullayev, teatrın bir neçə şər-xata əməkdaşı, mədəniyyət nazirliyi İncəsənət qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, Teatr sektorunun müdiri Könül Cəfərova, baş məsləhətçi Günay Hümbətovanın himayədarlığı ilə fitnə-fəsada əl ataraq qısa vaxtda teatr üçün layiqli işlər görmüş direktoru  müqavilə müddətinin bitməsi bəhanəsiylə işdən kənarlaşdıra biliblər. Bu barədə məlumatlı olan mədəniyyət naziri Fərəh Acalova Könül Cəfərovanı artıq vəzifələrindən azad edib. Lakin hansı qüvvə isə hələ ki, baş rejissor-direktor əvəzini digər adı bulaşanları qoruyur. Xoş sorağı gələn yeni mədəniyyət nazirinin ədalətli yanaşmasına, nalayiq hərəkətləriylə sənəti gözdən salanların cəzalarını  alacaqlarına, tezliklə Qax teatrında xoş sabahların açılacağına ümid edirik.

Orta təhsilli direktor isə həmişəki kimi bütün deyilənləri təkzib edir, kollektivin iddialarının şər-böhtan olduğunu deyir. (Şəkil ötən ilin payızında çəkilib)

Dəniz

 

0.15172505378723