Beyləqan Mərkəzi Xəstəxanasında direktor Nürəngiz Bəşirova işə qəbulun qiymətini qaldırıb
Beyləqan rayon Mərkəzi Xəstəxanası ilə bağlı "Səhər Xəbər" saytının elektron poçtuna daxil olan məlumata görə, tibb müəsissəsində vəziyyət ürəkaçan deyil. Daxil olan məktubda direktor tərəfindən Xəstəxanada nizam-intizam yaradılsa da, Nürəngiz Bəşirovanın rüşvətxorluğundan tibb personalla davranışından narazılıq edənlərin sayı durmadan artır.
Nurəngiz Bəşirovadan narazılığın artmasına səbəb direktorun həkimləri, tibb bacılarını və digər işçiləri 5 dəqiqəlik toplantıda şəxsi heyyətin qarşısında müxtəlif ağır sözlərlə hədələməsi, təhqir etməsi və rüşvət tələb etməsidir.
Poçtumuza daxil olan məlumatda bildirilir ki, hazırda Beyləqan Mərkəzi xəstəxanasına işə qəbul olunmaq üçün Nürəngiz Bəşirova tərəfindən qoyulan qiymət hər gün artırılır. N. Bəşirova ilə işə girənlər arasında vasitəçilik edənlər isə, bunu belə izah edirlər ki, TƏBİB rəhbərliyi xəstəxanaya ayrılan ştatlara görə qiyməti qaldırıb.
Beyləqanda xəstəxanasında aşağı işə (santtar-xadimə) girməyin qiyməti 5 min, sürücülük isə 9 min manatdan başlayır. Əldə etdiyimiz digər məlumatda isə qeyd edilir ki, Nürəngiz Bəşirova ilə keçmiş baş həkim Leylan Nəsirova arsında qiymət üstündə ciddi qalmaqal yaranır. Baş həkim vəzifəsinə təyin olunmaq üçün N. Bəşirovaya 45 min manat pulu rüşvət verən Leyla Nəsirova həmin pulu geri istəyib.
Buna səbəb isə, Leyla Nəsirovanın cəmi 2 ay baş həkim işləməsidir. Məlumata görə, Leyla Nəsirova baş həkim təyin olunandan 2 ay sonra Nürəngiz Bəşirova ilə işləyə bilməyəcəyini başa düşüb və buna görədə işdən çıxmaq barədə ərizə yazıb. Baş həkim vəzifəsindən ayrıldıqdan sonra Leylan Nəsirova verdiyi 45 min manatın bir hissəsini Nürəngiz Bəşirovadan tələb edib.
N. Bəşirova Leyla Nəsirovaya 30 min manat verəcəyini vədi edib. Baş həkim təyin olunan Bayram Cabbarovdan 10 min manat rüşvət alıb və Leyla Nəsirovaya olan borcun yalnız az bir hissəsini ödəyib. Nürəngiz Bəşirovanın əlində kifayət qədər pulu olsa da, Leyla Nəsirovaya olan 15 min manat borcu qaytarmayıb.
Əldə etdiyimiz məlumata görə, Beyləqan və Xocavənd rayonlarında Nürəngiz Bəşirovaya "qızıllı Nürəngiz" adı qoyublar. Bunun səbəbini isə, Bəşirovanın hər ay qızıl alması ilə bağlayırlar. Bundan əlavə, Nürəngiz Bəşirovanın Bakı şəhərində oğluna bir neçə mənzil aldığı barədə xəstəxanada və rayon əhalisi arasında söz-söhbət gəzir.
Başqa bir məlumatda isə bildirilir ki, direktor gənc oğlunu DİN-nə yüksək vəzifəyə, polis rəisi təyin etdirmək üçün çox çalışır. Onun bu iş üçün 500 min manat rüşvət verməyə hazır olduğu bildirilir və Bışirovanın bu istəyi 2 il öncə oğlunun gənc olması səbəbilə baş tutmadığı deyilir. Lakin işin içərisində olan şahidlərin verdiyi xəbərə görə, direktor Nurəngiz Bəşirova oğlunu rəis görmək istəyindən hələ də əl çəkməyib.
MX direktorunun vəzifəyə təyin olunması barədə yayılmış məlumata görə, FHN şefi Kamaləddin Heydərovun arvadı Ruhəngiz Heydərovanın qardaşı Nurəngiz Bəşirovanın BDU-da çalışmış mərhum professor dayısı ilə bacanaq olduğuna görə, FHN şefi Nurəngiz Bəşirovanı Beyləqan MX-ya direktor təyin etdirib. Lakin 3 ildir FHN rəhbəri K. Heydərovun tapşırığı ilə TƏBİB tərəfindən Beyləqan MX-ya direktor təyin olunmuş Nurəngiz Bəşirovanın hədsiz rüşvətxorluğu Beyləqan sakinlərinin ardıcıl şikayətlərinə səbəb olub.
Bu il aprel ayının 28-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB-in icraçı direktor Vüqar Qurbanov Beyləqan Rayon Mərkəzi Xəstəxanasında Beyləqan, Füzuli, Xocavənd rayon sakinlərini qəbul ediblər.
Beyləqan, Füzuli, Xocavənd rayon mərkəzi xəstəxanalarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 27 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən əlillik məsələləri, iş və əmək münasibətləri, müayinə-müalicə, cərrahi əməliyyatlar, icbari tibbi sığorta çərçivəsində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriş vərəqələrinin verilməsi və dərman təminatı ilə bağlı olub.
Qəbula gələn insanların 27-sinin müraciətlərinə baxılsa da, Beyləqan Mərkəzi Xəstəxanasının direktoru Nurəngiz Bəşirovanın rüşvətxorluğundan şikayət edən şəxslər qəbula buraxılmayıblar. Sonda TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov qəbula buraxılmayan şikayətçilərlə ayaqüstü çöldə görüşsə də, onların şikayətini araşdırmayıb.
Miralim
Mənbə: AZƏRBAYCAN REALLIĞI.COM