Azərbaycan paralimpiyaçısı Xorvatiyada gümüş medal qazanıb

 

Azərbaycanın qadın paralimpiyaçısı Sona Ağayeva Xorvatiyada gümüş medal qazanıb.

Milli Paralimpiya Komitəsindən Demokratikmusavat.com a verilən məlumata görə, bocciaçı "Zagreb 2023 World Boccia Challenger" turnirində fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, yarış Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.

0.32460498809814